"Yevgeni Onegin" əsərinin müzakirəsi keçirilib

Rus dili və ədəbiyyat müəllimi Dilarə İsayeva 9"Ç"sinif şagirdləri ilə A. S. Puşkinin "Yevgeni Onegin" əsəri ilə bağlı viktorina xarakterli 60 sualdan ibarət intelektual, əyləncəli dərs keçirib. Şagirdlər əsərin baş qəhrəmanlarının xarakterini, danışığını, bir- birinə münasibətini, ətrafdakıların əsas obrazlara olan münasibətini əks etdirən sualları cavablandırıblar. Sual, cavabla yanaşı şagirdlər əsərdəki obrazlara, əsərin ideya və süjet xəttinə öz şəxsi fikirlərini bildiriblər. Sərbəst fikir yürüdən, sual cavabda daha fəal olan şagirdlər müəllim tərəfindən mükafatlanıb. Bütün bünlarla yanaşı şagirdlər A. S. Puşkinin həyat və yaradıcılığından bəhs edən divar qəzeti də hazırlayıblar. Dərsdə iştirak edən müəllimlər dərsdən çox məmnun qalaraq müəllimə və şagirdlərə dərin minnətdarlıqlarını bildiriblər.