Qoparmayın şəhid adlı yaramı..

Hər birimizin qəlbində müqəddəs bir hiss–Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz acdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözunü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, urək ağrımız, həm də qurur yerimiz, fəxrimizdir. Gənc nəslə qürurumuz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Elə bu məqsədlə məktəbimizin 5 "Ç" sinif şagirdləri II mərtəbənin dəhlizinə toplaşaraq “Qoparmayın şəhid adlı yaramı” adlı dərs-diskussiya keçiriblər. Bu körpə fidanlar düz 34 il bundan əvvəl baş vermiş hadisəyə münasibətlərini bildirərək xalqımızın yaddaşında silinməz izlər buraxan şəhidləri öz “dilləri” ilə yad edib, qanlı tarixin səhifələrini vərəqləyiblər.
Sonda şagirdlərimiz 1990 –cı ildə baş qaldırmış azadlıq mübarizəsini bu günümüzlə əlaqələndirərək “Qarabağ Azərbaycandır” fikrini bir daha səsləndiriblər.