ERKƏN NİKAH MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SÖHBƏT KEÇİRİLİB

Məktəbin psixoloqları Gülsənəm Bayramlı, Gültəkin İskəndərova və məktəbin 11"D" sinif rəhbəri Eldarova Sevinc erkən nikah haqqında şagirdlərlə söhbət aparıblar. Onlar Erkən nikahlar və onların fəsadları barədə məlumat veriblər. Psixoloqlar bildiriblər ki,er kən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri–müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır. Şagirdlər sonda mövzunu özündə əks etdirən videoçarxı izləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi