Məktəbdə "Bullinq nədir?" mövzusunda maarifləndirici söhbət aparılıb

Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndarovanın rəhbərliyi ilə keçirilən tədbirdə məktəbin 8 "A" və 9 "B" sinif şagirdləri iştirak edib.Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki-psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır. Tədbirdə psixoloqlar bullinqin məktəb mühitində basqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu qeyd ediblər.Bullinq davranışı və onun insan psixikasına zərərləri haqqında şagirdlər məlumatlandırılıb. Məktəbin psixoloqları tərəfindən bullinq davranış qaydalarını özündə əks etdirən mətn şagirdlərə oxunub.Sonda  mövzu üzrə müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi