SABİR ƏHMƏDLİNİN “YANVAR HEKAYƏLƏRİ” KİTABININ I MÜZAKİRƏSİ KEÇİRİLİB

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırovanın təşkilatçılığı və 5 "B" sinfinin iştirakı ilə Azərbaycan nəsrinin roman ustası kimi dəyərləndirilən, Xalq yazıçısı Sabir Əhmədlinin “Şəhidlər xiyabanı, İşığı söndürməyin əsərlərinin müzakirəsi keçirilib. Şagirdlər 20 Yanvar faciəsi haqqında danışıblar, xalımızın qəhrəmanlıqla dolu tarixini qürurla yad ediblər. Müəllim bildirib ki, Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamış yazıçıdır. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilib. Şagirdlər əsəri təhlil edib ,obrazlara münasibət bildiriblər.