MƏKTƏBİMİZİN ŞAGİRDİ “KİÇİK AKADEMİYA “ÜZVLƏRİNİN “HEYDƏR ƏLİYEV İLİ” NƏ HƏSR OLUNMUŞ I ÜMUMŞƏHƏR KONFRANSINDA İŞTİRAK EDİB

“Kiçik Akademiya” üzvlərinin “Heydər Əliyev İli”nə həsr olunmuş I ümumşəhər konfransı keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransda iştirak edən məktəbimizin 10 "A" sinif şagirdi Əliyeva Aysel “Alov və qaz sensorlu robot” işini sərgidə təqdim edib. Konfransda məktəbin direktoru Kəmalə Qədirova, şagirdin elmi rəhbəri İlahə Ramazanova iştirak edib. Məktəbimizin şagirdinə uğurlar arzulayıblar.