MƏKTƏBDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Məktəbin ibtidai sinif şagirdləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş şənlik keçiriblər. Şagirdlər zəfər çalmış dövlətin övladları olaraq doğma Azərbaycanımıza olan sevgilərini, həmrəyliklərini hazırladıqları çıxışlarla göstəriblər. Onlar tədbirdə müxtəlif rəqslər və mahnılar nümayiş etdiriblər. Şagirdlər Şaxta baba və Qarqızla birlikdə əylənib, şənləniblər.
Uşaqlar tədbirdən böyük sevinc və ruh yüksəkliyi ilə ayrılıblar.