Sən elə bir qüvvəsən...

Dahi, bənzərsiz şəxsiyyət olan Heydər Əliyevin zəngin və müstəsna həyat yolunun bütün mərhələləri bir- birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir Azərbaycanlının şərəfli vəzifəsidir. Məhz bu şərəfli vəzifənin kiçik bir parçası olan “Sən elə bir qüvvəsən” adlı bədii gecə məktəbimizin 7 “B” və 9 “B” sinif şagirdlərinin iştirakı ilə akt zalında qeyd olunub. Şagirdlərimiz ulu öndərin həyat yolunu işıqlandıran çıxışları, həzin musiqiləri, gözəl rəqsləri ilə tamaşaçıların ruhunu oxşayıblar. Tədbirdə məktəbimizin pedaqoji kollektivi və şagirdlərimiz iştirak ediblər. Tədbiri yekunlaşdıran məktəbimizin direktoru Kəmalə xanım Qədirova duyğularını, fikirlərini belə qeyd edib: Əlbəttə, Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması şərti səciyyə daşıyır. Bu böyük şəxsiyyətin ideyaları və əməlləri hər hansı bir məhdudiyyət tanımır. Onun zamanı respublikamızda əbədiyyətə qədər davam edəcək. Ulu Öndərin özü də buna inanır və deyirdi: “Mən Azərbaycanda əbədi olacağam”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi