" BÖYÜK QAYIDIŞ " ADLI DƏYİRMİ MASA KEÇİRİLİB

Məktəbin IX "A" və IX "C" sinif şagirdlərinin iştirakı ilə sinif rəhbərləri Kəmalə Talıbova və İlahə Əliyeva “Böyük qayıdış” adlı dəyirmi masa keçiriblər. Şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, eləcə də Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə dair videoçarx nümayiş edilib.Sonra məktəbin direktoru Kəmalə Qədirova Ümummilli Lider Heydər Əliyev strategiyasının nəticələri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər, işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə çıxış edib.Müəllimlər tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük, misilsiz xidmətlərindən , Azərbaycan Ordusunun şücaətindən danışıblar.Daha sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” barədə söhbət aparılıb. Tədbirdə müəllimlər şagirdlərlə öz fikir və mülahizələrini bölüşüblər, onların suallarını cavablandırıblar.