RIYAZIYYAT -INFORMATIKA AYLIĞI ÇƏRÇİVƏSİNDƏ DİNLƏNİLƏN DƏRSLƏR MÜZAKİRƏ OLUNUB

Məktəbdə fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün hər il olduğu kimi bu il də fənn aylıqlarının keçirilməsi məktəbin Fəaliyyət planında qeyd olunmuşdur. Dekabr ayı məktəbdə Riyaziyyat-informatika fənn aylığı keçirilir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Nazimə Zeynalova və İlahə Məmmədova Riyaziyyat -informatika aylığı müddətində dinlənilən dərslərin müzakirəsini keçirib. Müzakirə zamanı Nazimə Zeynalova bildirib ki, şagirdlərin bilik və bacarıqlarının səviyyəsinin qiymətləndirilməsi meyarlar əsasında olmalıdır, müəllim şagirdləri təlim prosesində qiymətləndirməlidir. Hər bir şagirdin qiymətləndirilməsi təlim nəticəsinə əsasən olmalıdır. Şagirdin bacarıqları qiymətləndirilməli, inkişafyönümlü tapşırıqlar verilməlidir. Dərs prosesində birinci səviyyə şagirdlərə mütləq verilməlidir. Müzakirələr zamanı İlahə Məmmədova bildirib ki, şagirdlər təlim nəticəsinə minimal nail olmalı, dərslərdə yeni təlim texnologiyalarından istifadə, müsair dərsin tələbləri diqqət mərkəzində olmalıdır. Təlim tapşırıqları problemin həllinə istiqamətlənməli və şagirdlərin potensial imkanları nəzərə alınmalıdır. Dərslərin müzakirəsi zamanı təlim prosesində diqqət yetirilməsi vacib olan məqamlar, şagird nailiyyətini yüksəltmək üçün görülən işlər qeyd olunub. Sonda bildirilib ki, dövlətimizin inkişafı keyfiyyətli təhsildən, vətənini dərin məhəbbətlə sevən layiqli övladlardan aslıdır. Şagirdlərə bir şəxsiyyət kimi yanaşılmalı, hər bir məsələdə onların fikirlərini dinlənilməlidir.