" Проект Открытка" mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin Informatika müəllimi Qurbanova Bənövşə 5"Ç" sinfində "Проект Открытка" mövzusunda nümunəvi dərs keçirib. Müəllim dərs müddətində fəal təlim metodlarından yaradıcı şəkildə istifadə edrək, yeni təlim metodlarına əsasən, təlim prosesində fərdi yanaşma üsulunu tətbiq edib. Dərsdə hər bir şagird öz platformasına daxil olaraq laboratoriyada istədikləri mövzuda, bayramlara və əlamətdar günlərə aid açıqcalar düzəldiblər. Açıqcalar Skratch proqramında skriptlərdən istifadə etməklə proqram qurmaqla yaradılıb. Sonda şagirdlər öz işlərini laboratoriyada yaddaşa veriblər. Dərsin sonunda refleksiya aparılıb, şagirdlərin işləri qiymətləndirilib.