KİTAB PAYLAŞ, HƏYAT DƏYİŞ

 Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova şagirdlərin kitaba, mütaliəyə  marağını artırmaq məqsədilə  tez -tez şair və yazıçılarımızla görüş keçirir. Şagirdlər müəlliflərə əsərdəki obrazlar barədə suallar verir, bəzən obrazları canlandırırlar. Sevinc müəllim bu dəfə şagirdləri ilə birlikdə yeni bir layihədə iştirak edib. Onlar “Kitabgəzər” layihəsinin “Kitab paylaş, həyat dəyiş” kampaniyasına qoşulublar. 
   Uşaqlar topladıqları bədii kitabları Azərbaycanın ucqar kəndlərində yaşayan yaşıdları üçün göndəriblər. Layihənin işçi qrupunun üzvü Amil Orucov 3"B" sinif şagirdlərinin qonağı olub, onlara təşəkkür edib və kitabları təhvil alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi