"Yol hərəkəti qaydaları uşaqların gözü ilə"

Məktəbdə 5a"A"sinfində "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzusunda təşkilat saatı keçirilb.Hər bir şagird bir və ya bir neçə yol nişanları haqqında məlumatları həm şəkil formasında, həm də yazılı izah formasında təqdim etdilər. Şagirdlər etdikləri təqdimatlar sayəsində yol hərəkəti qaydaları haqqında yeni məlumatlar əldə etdilər. Bu zamana kimi tanımadıqları yol nişanları haqqında öyrəndilər. Müəllim Hüseynova Aygün yol hərəkəti qaydaları haqqında videoçarx təqdim etdi. Bu da uşaqların böyük marağına səbəb oldu. Məqsəd ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi