MƏKTƏBDƏ MƏNTİQ YARIŞMASI KEÇİRİLİB

Məktəbin riyaziyyat müəllimləri Abdullayeva Zenfira və Əliyeva Firuzənin təşkilatçılığı ilə 7 "A" və 7 "B" sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Ədədlər aləmi" adlı məntiq yarışması keçirilib. Ilk öncə şagirdlər Heydər Əliyevin həyatı, təhsilə verdiyi diqqət, qayğı haqqında təqdimatlarla çıxış ediblər. Sonra siniflər arasında yarış keçirilib. Şagirdlər yarşda öz məntiqi bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova iştirak edib. Qaliblər diplomla mükaflandırılıb.