MƏKTƏBDƏ RİYAZİYYAT FƏNNİNDƏN MONİTORİNQ KEÇİRİLİB

2023-2024 -cü tədris ilində məktəbdə fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması üçün hər il olduğu kimi bu il də fənn aylıqlarının keçirilməsi məktəbin Fəaliyyət planında qeyd olunmuşdur. Dekabr ayı məktəbdə Riyaziyyat fənn aylığı keçirilir. Aylıq çərçivəsində V-XI siniflərdə monitorinq keçirilib. Monitorinq materialları riyaziyyat fənni üzrə reallaşdırılan standartlar əsasında hazırlanıb. Monitorinqi keçirməkdə məqsəd fənnin tədrisi vəziyyətini öyrənmək, şagird nailiyyətlərinin qiymətləndirilməsi və inkişaf dinamikasını izləmək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.