Xeyir-duan üstümüzdə, ruhun sonsuz göylərdədir

Azərbaycan xalqı xoşbəxtdir. Xöşbəxtdir ona görə ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub. Hər ildə olduğu kimi bu il də ulu öndərimizin anım günü münasibətilə məktəbimizin fəaliyyət planına uyğun olara q silsilə tədbirlər keçirilib.
Məktəbimizin riyaziyyat və informatika müəllimləri ölümünə heç vaxt inanmadığımız, ölümsüzlüyü ilə ömrümüz boyu öyünəcəyimiz bir şəxsiyyətin - Heydər Əliyevin müqəddəs ruhunun işığına toplaşıblar. Müəllimlər tarixi varaqlayaraq ulu öndərin həyat yolunu videoçarxlarla işıqlandırmış, H. Əliyev barəsində söz deməyin müasir tariximiz haqqında danışmaq qədər məsuliyyətli olduğunun çətinliyindən söhbət açıblar. Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalovanın “H.Əliyev dühası və Azərbaycan təhsili” mövzusunda maraqlı çıxışı müəllimlərin diskussiyasına səbəb olub. Müəllim İlahə Ramazanova “H.Əliyevin Azərbaycan təhsilində rolu”, Bənövşə Qurbanova “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti ilə tanınır”, müəllim Aygün Hüseynova “Azərbaycan təhsilinin inkişafında H.Əliyevin tarixi xidmətləri”, müəllim Vüsalə Paşşanova “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Bəşirova “H.Əliyev ideyaları inkişaf və tərəqqiyə aparan yol” mövzusunda fikirlərini bölüşüb. Tədbirin sonunda məktəbimizin direktoru Kəmalə Qədirova çıxış edərək Heydər Əliyevin fenomen bir insan, həm müasir siyasətimiz, həm də hazırkı tariximiz olduğunu qürurla qeyd edib. Və bir daha xatırladıb ki, Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.