Həmişə yaşar – Xurşidbanu Natəvan

Şagirdləri milli - mənəvi ruhda tərbiyə etmək hazırda məktəbmizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024- cü tədris ilinə aid Fəaliyyət planına əsasən "Dilimizi qoruyaq" tədbirlər planı çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bacıxanım Əliyeva 11"A" sinif şagirdlləri ilə birlikdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olublar. Şagirdlər teatrda İlyas Əfəndiyevin Azərbaycanın həm tarixində, həm də ədəbiyyatında mühüm yeri olan Qarabağ xanı İbrahimxəlil xanın qızı Xurşidbanu Natəvanın həyatına və vətəni qarşısında xidmətlərinə həsr etdiyi "Xurşidbanu Natəvan" dramına tamaşa ediblər. Xan qızının vətəninə, millətinə, ana dilinə verdiyi yüksək dəyər şagirdlərdə qürur , həyatı isə kədər hissi yaradıbdır. Ümumiyyətlə, şagirdlər teatrdan xoş təəssüratla ayrılıblar.