TARİX FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin Tarix müəllimi Mənsimova Leyla 8"B" sinfində Azərbaycan tarixi fənnindən "Nadir şah Əfşar imperiyasının yaranması" mövzusunda nümunəvi dərs keçirib. Müəllim dərs müddətində fəal təlim metodlarından yaradıcı şəkildə istifadə edib, yeni təlim metodlarına əsasən qrup işi, cütlərlə işdən istifadə edib. Təlim prosesində şagirdlər dünyanın ən məşhur "Kuhi-nur" almazı haqqında araşdırmalarını təqdim ediblər. Dərsdə müzəffər ordumuzun sərkərdəsi, uzaqgörən siyasətçi İlham Əliyev və xvııı əsrin qəhrəman sərkərdəsi Nadir şahın dövlətçilik ənənələri, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində gördüyü işlər müzakirə olunub. Dərsin sonunda refleksiya aparılıb.