ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Məktəbdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva və Nəsimi RPİ-nin İctimai Təhlükəsizlik Şurasının YYÇ-larla profilaktiki işin təşkili bölməsinin inspektoru Yeganə Zeynalovanın iştirakı ilə “Zərərli vərdişlərə qarşı “maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova tədbirdə çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa, yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Tədbirdə çıxış edən psixoloqlar məktəblilər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti barədə danışıblar.Sonda qeyd olunub ki, narkomaniyanın cəmiyyətə və ümumulikdə, bəşəriyyətə vurduğu ziyanın qarşısının alınması üçün bütün vasitələrdən istifadə edərək ,lazımi tədbirlər görülməsinin vacibliyi vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi