ŞAGİRDLƏR ZƏNGƏZURA GEDƏN YOL MÖVZUSUNDA İNGİLİS DİLİNDƏ TƏQDİMATLAR EDİBLƏR.

Məktəbin ingilis dili müəllimləri Abdalova İlahə və Hüseynova Gülşənin təşkilatçılığı ilə Ingilis dili aylığı çərçivəsində 9 "A" ve 8 "D" sinif şagirdləri "The way to Zengezur" movzusunda təqdimatlarla çıxış ediblər. İlk öncə şəhidlərimizin ruhu hörmətlə yad edilib. Sonra şagirdlər ermənilərin xalqımızın başına gətirdiyi 31 Mart Soyqırım Günü haqqında danışıblar. Eyni zamanda I Qarabağ müharibəsi, Tovuz, Aprel döyüşləri haqqında təqdimatlarla çıxış ediblər. Sonda Zəfər tariximizi özündə əks etdirən videoçarxa tamaşa ediblər.