PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova II-XI siniflərdə Azərbaycan dili (dövlət dili kimi) fənninin tədrisi vəziyyəti barədə danışıb.Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova II-IV siniflərdə ana dili, riyaziyyat fənlərinin, düzgün yazı vərdişlərinin formalaşdırılması haqqında çıxış edib.
Məktəbin direktoru Kəmalə Qədirova II–XI siniflərdə ingilis dili, ikinci xarici dil - V-XI siniflərin Azərbaycan bölməsində rus dili, VII-XI siniflərin rus bölməsində alman dili fənlərinin tədrisi barədə müəllimlərə məlumat verib. Pedaqoji şurada Nazimə müəllim təmayül siniflərdə fənlərin tədrisi vəziyyəti, IX və XI siniflərdə imtahan fənlərindən aparılan monitorinqin nəticələri barədə çıxış edib. Eyni zamanda 5-ci siniflərdə “Lütfi Zadə adına Riyaziyyat-Məntiq olimpiadası”, 6-cı siniflərdə riyaziyyat və informatika fənləri, 7-ci siniflərdə fizika, kimya, biologiya fənləri üzrə müsabiqələrin və respublika fənn olimpiadalarının məktəb turunun təşkili və nəticələri barədə danışıb. Məktəbin psixoloqu Gülsənəm Bayramlı “İstedad Bankı” nın yaradılması, “Risk” qrupuna daxil olan şagirdlərlə görülən işlər barədə məlumat verib. Təşkilatçı İradə İsmayılzadə məktəbdə nizam – intizam qaydaları barədə, məktəbin həkimi Təhminə Kazımova sanitar- gigiyenik rejimə əməl olunma barədə danışıblar. Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova İbtidai siniflərdə sinifdənxaric tədbirlərin şagirdlərin inkişafında rolu barədə çıxış edib. Məktəb invertarlarının qorunması barədə Vilayət Hüseynov çıxış edib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb, müəllimlərə tapşırıqlar verib.