Yol hərəkətinin təhlükəsizliyinə aid tədbirlər keçirilib

Məktəbin Fəaliyyət planına əsasən ibtidai siniflərdə Yol hərəkətinin təhlükəsizliyinə aid tədbirlər keçirilib. Tədbirin əsas məqsədi şagirdlərə düzgün və dəqiq yol nişanlarından, piyada keçidlərindən istifadə qaydalarına riayət olunmasını təbliğ etməkdir. İbtidai sinif şagirdləri yol qaydalarına aid şəkillər çəkdilər, yol qaydalarına, işıqfora aid şeirlər söylədilər. Tədbirin sonunda Yol hərəkəti qaydalarına aid videoçarx nümayiş olundu.