İnformasiya təhlükəsizliyi haqqında maarifləndirici söhbət aparılıb

Məktəbdə 6"Ç" sinfində məktəbin informatika müəllimi Qurbanova Bənövşə “Internetdəki təhlükələr" haqqında maarifləndirici söhbət aparıb. Müəllim bildirib ki, İnternetin əlçatanlığı sayəsində qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, həmçinin təhsillə bağlı məlumatları asanlıqla əldə etmək mümkündür. Ancaq çox təəssüf ki, bu imkanlardan bəzən mənfi, məqbul olmayan məqsədlər üçün də istifadə olunur. Məhz bu səbəbdən geniş seçim imkanı yaradan sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və xüsusən də uşaqların psixologiyasına mənfi təsir edən zərərli kontentlərdən qorunmaq vacibdir.