"Gender əsaslı zorakılıqla mübarizə “ mövzusunda dəyirmi masa keçirilib

Məktəbin 10"D" sinfində Olqa Abbasova təşkilatçılığı ilə "Gender əsaslı zorakılıqla mübarizə“ mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanda həyata keçirilən gender siyasəti haqqında danışılıb. Müəllim bildirib ki, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülürsə də, problemlər qalmaqda davam edir. Bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Müzakirələrdən sona maarifləndirici səhnəciklər nümayiş olunub, slaydlar təqdim edilib.Tədbirdə əsas məqsəd milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi fonunda gender bərabərliyinin zəruriliyini önə çəkmək olub.