FÖVQƏLADƏ HALLAR AYLIĞI ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ SÖHBƏT APARILIB.

"Fövqəladə Hallar aylığı" çərçivəsində 8”D” sinfində Gülümsər Orucovanın təşkilatçılığı ilə maarifləndirici söhbət aparılıb. Söhbətdə məktəbin çağırışaqədərki hazırlıq müəllimi Nurəddin Qasımov da iştirak edib. “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında söhbət aparılıb. “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunub və göstərilən materiallarla bağlı şagirdlərin maraqlandıran suallar Nurəddin müəllim tərəfindən ətraflı cavablandırılıb.