MƏKTƏBDƏ DÜNYA VƏ AVROPA ÇEMPİONU İLƏ GÖRÜŞ KEÇİRİLİB.

    OCEP  və" İdmansevərlər" layihəsi çərçivəsində karate üzrə dəfələrlə Dünya və Avropa çempionu, Dünya peşəkar kombat döyüşlərinin qara kəmər  sahibi Atamov Şahin məktəbimizin qonağı olub. Görüşdə məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək layihə çərçivəsində görülən işlərdən, şagirdlərimizin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb. Peşəkar idmançı məktəbimizin idmançı şagirdləri ilə görüşüb. İdman sahəsində olan uğurlarından danışıb. Sonra məktəbin idman zalında idman müəllimlərinə öz tövsiyələrini verib, idman sahəsi üzrə şagirdlərin verdikləri sualları cavablandırıb. Sonda tədbir iştirakçıları kollektiv olaraq xatirə şəkli çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi