İNSAN ALVERİ MÖVZUSUNDA DƏRS KEÇİRİLİB

Məktəbin təşkilatçısı İsmayılzadə İradənin iştrakı ilə 9"Ç" sinfində XXl əsrin bəlası olan "İnsan alveri" mövzusunda dərs keçirilib. Müəllim şagirdlərə bildirib ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Ölkəmizdə də bu sosial bəlaya qarşı uğurlu mübarizə aparılır, xüsusi ilə yeniyetmələr arasında geniş maarifləndirmə işləri mütəmadi olaraq həyata keçirilir. Çünki insan alverinin qurbanlarına çevrilənlər çox hallarda təhsilsiz insanlar olur, onları aldatmaq daha asan olur. Buna görə də tez-tez bu mövzuda söhbət aparmaq, onları maarifləndirmək, bu sosial bəlaya qarşı birlikdə mübarizə aparmaq lazımdır. Sonda şagirdlər mövzu ilə bağlı videoçarx izləyiblər.