Kids Athletics " yarışların final mərhələsi baş tutdu

Ümummilli Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illiyinə həsr olunmuş, Gənclər və idman nazirliyi, Elm və Təhsil nazirliyi, Milli Olimpiya komitəsinin və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə OCEP proqramına daxil olan məktəblərin şagirdləri arasında „ Kids Athletics " yarışların final mərhələsi baş tutdu. 
Yarış açılışında Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Elm və Təhsil nazirinin müavini cənab Firudin Qurbanov və milli olimpiya komitəsinin vitse-prezidenti Zenfira Meftəxiddinova çıxış etdilər .
Yarışda iştirak edən 18 məktəbdən 6-sı final mərhələsinə vəsiqə qazanmışdı.Final mərhələsində uğurla iştirak edən məktəbimizin komandası 3-cü yerə layiq görülüb.Şagirdlərə yarışın təşkilatçıları tərəfindən medal, diplom və hədiyyələr təqdim olunub.Bu münasibətlə şagirdlərimizi təbrik edir və qarşıdakı yarışlarda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi