BİR GÜNLÜK TƏLƏBƏ OLAQ

Məktəbimizin X sinif şagirdləri " Bir günlük tələbə olaq " layihə çərçivəsində müəllimlər Esmira Zöhrabova və Gülümsər Orucovanin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinə ekskursiya ediblər. Ekskursiyanın məqsədi bir günlük tələbə həyatı yaşamaqla şagirdlərdə Universitet haqqında ümumi təsəvvür formalaşdırmaq ,tədris prosesi ilə yaxından tanış etmək olub.
Ekskursiya çərçivəsində universitetin məsul şəxsləri tərəfindən şagirdlərə universitetə qəbul qaydaları, fakültələr və ixtisaslar, xaricdə təhsil, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda şagirdlər açıq dərslərdə iştirak edib, müəllim və tələbələrlə görüşüblər. Daha sonra universitetin nəzdində fəaliyyət göstərən Germanistika fakültəsi, kitabxana və Alman tədris və mədəniyyət mərkəzində olublar. Görüş zamanı şagirdləri maraqlandıran suallar da universitet müəllimləri tərəfindən cavablandırılıb. Şagirdlər ekskursiyadan böyük ruh yüksəkliyi ilə qayıdıblar.