"Reproduktiv sağlamlıq"mövzusunda valideyn iclası keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cuü il 13 fevral tarixli 3-29-59/2500/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin Vlll-lX siniflərində reproduktiv sağlamlıq"mövzusunda məşğələlər üzrə metodik vəsaitə əsasən 24 noyabr 2023-cü il tarixində 164 nömrəli tam orta məktəbdə Vlll "A" sinif şagirdlərinin valideynləri ilə maarifləndirici söhbət aparıldı. Söhbət zamanı valideynlərə övladlarının yetkinlik yaş dövründə zərərli vərdişlərdən uzaq olmağı, sağlam olmaq üçün faydalı qidalara və həmçinin idmana üstünlük vermələri tövsiyə olunub.
Gənclərin reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindəndir.