ŞAGİRDLƏRİMİZ FİRİDUN BƏY KÖÇƏRLİ ADINA KİTABXANADA OLUBLAR

“Dilimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin 3”A” sinif şagirdləri məktəb kitabxanaçısı Tahirə Müslümova və Uşaq birliyi təşkilatının rəhbəri Bənurə Tağıyevanın təşkilatçılığı ilə F.Köçərli adına kitabxanada olublar. Kitabxananın məsul əməkdaşı uşaqları kitabxana ilə tanış edib, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı ətraflı məlumat verib. Uşaqlar kitabxananın bütün şöbələrində olublar. Süjetli nağılları dinləyib, şeirlər söyləyiblər. Şagirdlər ekskursiyadan böyük təəssüratla ayrılıblar.