Şagirdlərimiz Beynəlxalq Kitab sərgisində çıxış ediblər

Məktəbin 3 "B" sinif şagirdləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yuileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab sərgisində iştirak ediblər.
3 "B" sinfinin şagirdləri Nizami Gəncəvinin “Xəmsə”si əsasında M. Cəlal Paşayevin uşaqlar üçün işlədiyi və “3 Alma” nəşriyyatında çapdan çıxmış “İlin fəsilləri” kitabından parçaları təqdim etmiş, Zahid Xəlil və digər yazarlarla görüşmüş, kitablarını imzalatmışlar. Uşaqlar sərgidən böyük təəssüratla ayrılıblar.