ŞAGİRDLƏRİMİZ “ZƏFƏRFEST-3”YARADICILIQ SƏRGİ-FESTİVALINDA İŞTİRAK EDİBLƏR

Məktəbin 8"A"sinfinin şagirdləri sinif rəhbəri İlahə Ramazanovanın təşkilatçılığı ilə Heydər Əliyev sarayında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfər Fest – 3” yaradıcılıq sərgi-festivalında iştirak ediblər. Bədii hissədə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib. Tədbirin sərgi hissəsində nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları rəsm və əl işlərinə baxış keçirilib. Sərgi-festivalın məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan ordusunun zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub. Şagirdlər tədbirdən böyük ruh yüksəkliyi ilə qayıdıblar.