QALİB XALQIN, QALİB SƏRKƏRDƏSİ

Əkbərova Aygün və Əliyeva Aynurun rəhbərliyi 10"Ç" sinfinin iştirakı ilə "Qalib xalqın,qalib sərkərdəsi" adlı dəyirmi masa keçirilib. Şagirdlər möhtəşəm Zəfər Gününü minillik Azərbaycan tarixinə yazan prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyəti, uğurlu siyasəti haqqında təqdimatla çıxış ediblər. Bütöv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında xalqının başını uca edən, müqəddəs missiyanı yerinə yetirib ərazi bütövlüyümüzü bərpa edən liderə sonsuz rəğbət və ümumxalq məhəbbəti qeyd olunub.