QƏHRƏMANLAR UNUDULMUR

  Məktəbin tarix müəllimi İrina Beydiyevanın təşkilatçılığı ilə 6 "D" və 7 "Ç" sinif şagirdlərinin iştirakı ilə qəhrəman oğullarımızın xatirəsinə həsr edilmiş təqdimat keçirilib. Təqdimatda şəhid Rafiq Heydərovun bacısı da iştirak edib. Şəhidimizin qəhrəmanlıqla dolu həyat yolundan danışıb. Qəhrəman şəhidimizin Hadrut döyüşləri zamanı qəhrəmancasına döyüşdüyünü və şəhid olduğunu bildirib. Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə xanım Qədirova bildirib ki, bu tarixi qələbəmiz Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi