"BAYRAĞIMIZ KİMLİYİMİZDİR"

Məktəbin İngilis dili müəllimləri Əfsanə Muradova və Gülşən Həsənovanın təşkilatçılığı ilə 3 ”Ç” sinfində 9 Noyabr Bayraq Gününə həsr edilmiş şeir müsabiqəsi keçirilib. İlk öncə şagirdlər özlərindən sonrakı nəsillərə örnək olan, şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşən qəhrəman oğullarımızın xatirəsini böyük hörmətlə yad ediblər. Sonra şagirdlər qəhrəman Azərbaycan oğullarının şücaətinə, qəhrəmanlıq əzminə həsr edilmiş şeirlər söyləyiblər. Müəllimlər bildiriblər ki, üçrəngli bayrağımız. Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.