Şəhid Şirvani Həsənağanın anası ilə görüş keçirilib

Məktəbin müəllimi Gülümsər Orucova 8 "D" sinif şagirdləri ilə məktəbdə çox unudulmaz, yaddaqalan, kövrək notlar üzərində qurulmuş bir tədbirin həyata keçməsində vasitəçi olub. Belə ki, şanlı, müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində keçdiyi rəşadətli həyat yolunun fədakar iştirakçılarından biri olan, ömrünün 18 baharını yaşayan, ucaldığı şəhidlik zirvəsi ilə əbədi yaddaşlara ölməzlik zirvəsi kimi həkk olan Şirvani Həsənağa Bəhruz oğlunun anım günü münasibəti ilə Şəhid oğulun anası ilə görüş keçirilib. Görüş şəhidlərin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə məktəbin direktor müavinləri Nazimə Zeynalova, İlahə Məmmədova, İradə Ismayılzadə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Allahverdiyeva, Rus dili və ədəbiyyatı müəllimi İradə Əsgərova çıxışlar etmiş, yaxın şərəfli tariximizin qanlı-qadalı günləri ilə bağlı xatirələrini soyləyiblər. Tədbirdə 8 "D" sinif şagirdlərinin və valideyn Cəfərova Tatyana İfasında vətənə məhəbbət, ŞƏHİDLƏR mövzusunda şeirlər söylənərək qurur və məhəbbət dolu səmimi sözlər soylənilib. Tədbirin sonunda Şəhid anasına söz verilib. Göz yaşlarını qəlbinə sıxaraq danışan Şəhid anasının İgid balası haqqındakı xatirələri məclis iştirakçılarının qəlbində xoş xatirələr, kövrək hislər yaratmaqla bərabər, məğrurluq, vətənpərvərlik duyğularını daha da alovlandırıb. Daha sonra Şəhidin yarımçıq qalmış, lakin mənalı həyat yolunu əks etdirən videoçarx və slaydlar nümayiş olunub. Keçirilən görüş, şagirdlərin və müəllimlərin yaddaşında uzun müddət unudulmayan bir xatirə tablosu yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi