MƏKTƏBDƏ LÜTFİ ZADƏ ADINA RİYAZİYYAT MƏNTİQ OLİMPİADASI VƏ MƏKTƏBLİLƏRARASI FƏNN MÜSABİQƏSİ KEÇİRİLİB

Məktəbdə Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında, VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə müsabiqədə iştirak ediblər. Müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.