FƏNN OLİMPİADASININ MƏKTƏB TURU KEÇİRİLİB

Məktəbdə noyabr ayının 4-də Fənn olimpiadasının Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi nümunələr əsasında Azərbaycan dili, riyaziyyat, informatika, tarix, coğrafiya, kimya fənləri üzrə 9-11-ci sinif şagirdləri arasında məktəb turu keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanaraq Elm və Təhsil Nazirliyinin keçirəcəyi olimpiadaya hazırlığını təmin etməkdir. Şagirdlərimizə uğur diləyir, nailiyyətlərinə inanırıq!