RİYAZİYYATIN İNSAN HƏYATINDA ROLU

Məktəbin riyaziyyat müəllimləri Abdullayeva Zenfira və Əliyeva Firuzənin təşkilatçılığı ilə 9”B” və 9 "C" sinif riyaziyyat sevərləri arasında “Zəfər Günü”nə həsr edilmiş “Riyaziyyatın insan həyatında rolu” adlı dəyirmi masa keçirilib. Şagirdlər öz aralarında riyaziyyatın tətbiq sahələri haqqında dialoqlar aparmış və bir-birindən maraqlı təqdimatlar nümayiş etdiriblər. Onlar riyaziyyatın istər digər elmlərlə əlaqəsini, istərsə də incəsənətdə, iqtisadiyyatda, tikintidə, kulinariyada tətbiq sahələrini araşdıraraq fənnin əhəmiyyətindən danışıblar. Tarixi qələbəmizin, ərazi bütövlüyümüzün tamlığından, sərvətlərimizin bərpasından Nəsibli Ziya, Babayeva Fidan, Qurbanzadə Adil, Cəfərli Fərid, Matanova Rəvan, Tagizadə Dəryanur fəxrlə danşıblar. Tədbirdə məktəb rəhbərliyi də iştirak edib. Sonda rəhbərlik şagirdlərə növbəti tədbirlərdə daha maraqlı araşdırmalar aparmaq üçün tövsiyələr verib. Hər bir sahədə riyaziyyat fənninin nə qədər əhəmiyyətli və lazımlı olduğu nəzərə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi