Zəfər gününə həsr olunmuş ingilis dilində təqdimat keçirilib

Məktəbin ingilis dili müəllimi Yeganə Ələkbərovanın təşkilatçılığı ilə 7 "A"sinfində ingilis dilində şagirdlərin təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikasının Himni ilə başlayıb. Şagirdlər torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra ll Qarabağ müharibəsində şücaət göstərmiş müzəffər ordumuzun qəhrəmanlığından qürurla söz açılıb. Müəllim çıxışında məktəbdə keçirilən Vətən dərslərinin əhəmiyyətindən danışıb. Torpaq, bayraq, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın unudulmayacağını bildirib. Şagirdlər mövzu üzrə çıxış ediblər. Qəhrəman Azərbaycan ordusuna olan sevgilərini təqdimatlarında bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi