MƏKTƏBDƏ “ZƏFƏR GÜNÜ”NƏ HƏSR EDİLMİŞ “ŞUŞA QARABAĞIN ZÜMRÜD TACIDIR”MÖVZUSUNDA ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA KEÇİRİLİB.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın və 5 "B"sinfinin rəhbəri Mətanət Məmmədovanın təşkilatçılığı ilə məktəb kitabxanasında "Zəfər Günü" nə həsr edilmiş ədəbi-bədii kompozisiya keçirilib .Şagirdlər çıxışlarında bildiriblər ki, "Qarabağın döyünən ürəyi", "Musiqi və incəsənət beşiyi" Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan əsgərinin böyük şücaəti, müzəffər ordumuzun cəsarəti nəticəsinə olub. Qəlblərində Vətən sevgisi olan şagirdlər söylədikləri şeirlərdə torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildiriblər. Mətanət müəllim çıxışında bildirib ki, nə xoş ki, indi üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, nəhayət, alınmaz qala hesab edilən Şuşada dalğalanır. Bu, həm də o anlama gəlir ki, Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirələri bizim zəfər yaddaşımızdır. Tədbirin sonunda Təranə müəllim çıxış edərək şagirdlərin vətənpərvəliyini alqışlayıb. Bildirib ki, indi Şuşa öz elatını öz daşında, qayasında, cığırlarında görməkdən çox məmnundur. Bu məmnunluqdan doğan fədakarlıqla 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər torpağımızın üzərinə "Qarabağ Azərbaycandır!" möhürünü vurub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi