Ellim, obalım, dağlar havalım Azərbaycanım!

Bu tarixə yazılan günlər, uzun illərin ayrılığından sonra qovuşduğumuz, qucaqlaşdığımız yurd yerlərimizə qayıdışımız bənzərsiz bir hadisədir. Azərbaycan Qarabağ Zəfərinin davamı olan daha bir möhtəşəm uğur hekayəsini yaşayır. Yer üzündə Qarabağın, Cıdır düzünün bənzəri olmadığı kimi qələbəmizin də misli-bərabəri yoxdur.
     Xalqımız uzun illər arzusunda olduğu torpaqlarına qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib. 
   27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrin icrasını təmin etmək məqsədilə 8 Noyabr Zəfər Günü bayramı məktəbin Fəaliyyət Planına uyğun olaraq akt zalında keçirilib. “ Ellim, obalım, dağlar havalım, Azərbayçanım” adlı bu möhtəşəm tədbir Azərbaycan Respublikasının himni ilə açılıb, daha sonra “Koroğlu” uvertürası səsləndirilib. Şagirdlərə Azərbaycan ərazisinin tarixi və Zəfər Günü haqqında ətraflı məlumat verilib. Qələbə Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərdən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin torpaqlarımızın azad edilməsi yolunda atdığı addımlardan bəhs olunub. Ruh yüksəkliyi ilə keçən tədbirdə səhnəciklər, rəqslər, şeir və mahnılar ifa edilib, Zəfər Günü ilə bağlı videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi