“HƏR ŞƏHİDİM BİR AND YERİM,HƏR ŞƏHİDİM ANA YURDUMUN BİR PARÇASIDIR”

    "Hər Şəhidim bir and yerim, hər Şəhidim ana yurdumun bir parçasıdır" devizi ilə məktəbin VI "A" sinif şagirdləri sinif rəhbəri Sahilə Allahverdiyeva ilə  Şəhidlər Xiyabanını ziyarət ediblər. Şagirdlər Vətənmizin və torpaqlarımızın azadlığı, müstəqilliyimizin əbədiliyi uğrunda canlarından keçən igid və mübariz Azərbaycan oğullarının rəşadətli qələbəsini, ordumuzun mərd oğullarının şücaətini əks etdirən şeirlər söyləyiblər. Məzarlar önünə gül, çiçək dəstəsi qoyaraq Şəhidləri böyük ehtiram və məhəbbətlə yad ediblər. Şəhidlər Xiyabanına ziyarət şagirdlərin qəlbində həzin və kövrək hislər yaratsa da eyni zamanda böyük qürur, iftixar, vətənə, torpağa, millətə məhəbbət duyğusunu aşılayır.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi