”Həsrət bitdi Qarabağ" adlı ədəbi kompozisiya keçirilib

Hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etməyib, bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının sayəsində əldə edib, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə edib, bunu hər daim Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə edib. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırıb. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Azərbaycan əsgərləri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub, öz adlarını Azərbaycan tarixinə yazdırıb. Məhz bu tarixi qələbəni bir daha yaşamaq və yaşatmaq məqsədilə 5"E" sinif şagirdləri ”Həsrət bitdi Qarabağ” adlı ədəbi kompozisiya keçiriblər. Tədbir Azərbaycan himni və gözəl bir saz havası ilə açılıb. Sonra şagirdlər bu mövzuda yazılmış şeirlər və ürək sözlərini söyləyiblər. Əliyeva Əminə tədbirin sonunda ayağa qalxaraq: “Zəfər çalan bir ölkənin vətəndaşı olmaq həqiqətən də qürurvericidir”,- dedi. Bu qürurverici anları bizə yaşadan prezidentimizə dərin təşəkkürümüzü bildirir və bütün dünyaya hayqırmaq istəyirik: Azad olunmuş torpaqlarımız bizi gözləyir. Oraları gülüstana döndərəcəyik, yaşayacağıq, artacağıq, çoxalacağıq, düşmənin gözlərinə neştər kimi batacağıq.”