MƏKTƏBDƏ AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ MONİTORİNQ KEÇİRİLİB
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göndərdiyi materiallar əsasında məktəbin IV, VI, VII və VIII siniflərində 23 oktyabr 2023-cü il tarixində monitorinq keçirilib.
BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.