Məktəbdə "Uşaq hüquqları" aylığı keçirilir.

20 noyabr Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.
Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir və hər il olduğu kimi bu il də məktəbimizdə tədbirlər keçirilib.
Bu gün kitabxanada 7b sinif şagirdləri bu gözəl gün münasibəti ilə dəyirmi masa keçiriblər. Şəhidlərimiz yad edilib. Şagirdlər müharibələrin təkcə böyüklərə deyil, uşaqların da həyatına son qoymağından, danışıblar.
Şagirdlər “uşaqlar təkcə bir ailənin deyil, bütöv bir millətin ən dəyərli sərvəti, doğma Vətənin ümid bəslədiyi sevimli övladlarıdır”- deyərək diskussiyanı yekunlaşdırıblar.
Kitabxanaçı C. İsmayılova da diskussiyaya qoşulub. “Gəlin hamılıqla uşaqlarımızı qoruyaq, onlara sevinc hissini doğmalaşdırıb, kədər hissini yadlaşdırmağa çalışaq- fikrini çatdırıb.
Sonra sinif rəhbəri H.Bəşirova deyilən fikirləri yekunlaşdıraraq qeyd edib ki, uşaqların nazını çəkməkdən, ardı-arası kəsilməyən “Niyə? Nə üçün?” suallarını cavablandırmaqdan yorulmayaq. Unutmayaq ki, gələcəyimiz bizimlə ünsiyyəti uşaqların dili ilə qurur.