“DÜŞÜNƏN ŞAGİRD” MÜSABİQƏSİNİN MƏKTƏB MƏRHƏLƏSİ KEÇİRİLİB

“Düşünən şagird “müsabiqəsinin məktəb turunda BŞTİ tərəfindən məktəbə göndərilən təlimata əsasən VIII -XI sinif şagirdləri iştirak ediblər. Bildiyimiz kimi müsabiqə təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir.

Şagirdlər təlimatda öz əksini tapan 10 fərqli məzmunlu kiçik giriş mətni ilə tanış olduqdan sonra yazdıqları hekayələri müsabiqəyə təqdim ediblər. Hekayələrində mütaliə etdikləri zaman bəhrələndikləri əsərlərin adlarını da qeyd ediblər. Şagirdlər hekayələrini oxuduqdan sonra fənn müəllimləri tərəfindən təlimatda qeyd olun meyarlar üzrə qiymətləndiriliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi