“ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK”

Məktəbin tarix müəllimi Cəfərova Ofelya 9"B" sinfində "Zəfər günümüz mübarək" mövzusunda dərs keçirib. Şagirdlər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq" və 44 günlük müharibə əməliyyatları haqqında maraqlı məlumatlar verib, Azərbaycan Ordusunun şanlı Zəfər tarixi və hərb sənətinin uğurları barədə danışıblar. Şagirdlər eyni zamanda çıxışlarında 2023 -cü il sentyabr ayında baş verən bir sutkalıq antiterror əməliyyatından bəhs ediblər. Sonda qəhrəman oğullarımızın şücaətindən bəhs edən videoçarxı izləyiblər.