MƏKTƏBDƏ METODİKİ ŞURANIN İCLASI KEÇİRİLİB

Məktəbdə metodşuranın iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova metodiki şuranın iclasında şuranın işinin təhlili və yeni dərs ilində qarşıda duran vəzifələr barədə danışıb. Kəmalə müəllim bildirib ki, metodşuranın fəaliyyəti aşağıdakı məsələlərin yerinə yetirilməsinə yönəlib: Qabaqcıl pedaqoji təcrübəni öyrənmək və yaymaq, metodbirləşmə səviyyəsində innovativ təlim metodlarının həyata keçirilməsini təmin etmək, təlim-tərbiyə prosesinin təşkili zamanı yeni üsulları aşkar etmək, təbliğ etmək və həyata keçirmək, müasir pedaqoji nəzəriyyə və təcrübənin daima mənimsənilməsini, inkişaf etdirilməsini təmin etmək. Müəllimlərin öz peşəkarlıqlarını inkişaf etdirməsi, təkmilləşdirməsi üçün şərait yaratmaq və fənn üzrə müəllimlərin peşəkarlığını inkişaf etdirməsini, yeni təlim texnologiyalarına yiyələnməsini həyata keçirmək. Kəmalə müəllim eyni zamanda BŞTİ-nin verdiyi tapşırıqları metodşura üzvlərinin diqqətinə çatdırıb. Fənn olimpiadalarının məktəb mərhələsi, “Yaradıcı müəllim” müsabiqəsi ilə bağlı metodşura üzvlərinə tapşırıqlar verib. Metodşuranın sədri Nazimə Zeynalova metodşuranın fəaliyyət planını iştirakçıların diqqətinə çatdırıb. Metodşurada eyni zamanda metodbirləşmə rəhbərlərinin fəaliyyət planı müzakirə olunub, qarşılıqlı dərs dinləmələrin təşkili barədə göstərişlər verilib. Metodşura sədri bildirib ki,metodbirləşmə rəhbərləri nümunəvi dərslərin qrafikinin hazırlanması, fənlərin tədrisi vəziyyətinin öyrənilməsi coğrafiya, tarix, Azərbaycan dili (rus bölməsi) ilə bağlı işlərdə məsuliyyətli olmalıdırlar. Bu məsələlərin eyni zamanda pedaqoji şurada müzakirəsinin təşkil olunacağını da bildirib. Sonda metodşura üzvləri gündəlikdə olan məsələlərə münasibətlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi